Portuqaliyalı üçün transfer yarışı: “Real”, “Barselona”, “Yuventus”…

Bu mövsüm “Benfika”nın heyətində göstərdiyi oyunla diqqətləri üzərinə çəkən Joao Feliks üçün transfer yarışı davam edir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı vinger “Yuventus”, “Real” və “Mançester Yunayted” kimi klubların maraq dairəsindədir. Ancaq 19 yaşlı futbolçu üçün ən yüksək məbləği “Barselona” və PSJ klubları təklif edib.

“Tuttosport”un verdiyi xəbərdə isə, Feliksin həmyerlisi Kriştiano Ronaldo ilə bir yerdə (“Yuventus”da) oynamaq istədiyi deyilir.

2018-ci ildən “Benfika”nın əsas heyətində çıxış edən Feliksin transfer məbləği 120 milyon avro olaraq göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button