“Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“Artıq 20 gündür ki, məşqlərə başlamışıq. Hazırlıq prosesi çərçivəsində ilk oyunumuz idi. Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar. Söhbət nəticədən getmir. Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Ümumən komandamın çıxışından razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button