Əliyevin komandası “Soçi”yə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Soçi” ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

Azər də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” 7 turdan sonra 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button