Əliyev dubla imza atdı, “Ximki” darmadağına sevindi

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Saransk “Mordoviya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Komandasının iki qolunu da Əliyev vurub. 6-cı dəqiqədə hesabı açan futbolçumuz 47-də dublunu rəsmiləşdirib. Bununla da azərbaycanlı forvard cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

“Ximki” 17 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button