“Əsas komandaya gəlmək üçün çox çalışdım” – Millinin futbolçusu

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turu çərçivəsində Albaniya ilə qarşılaşacaq Fransa millisinin futbolçusu Matteo Genduzi açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, ilk dəfə əsas milliyə çağırılan “Arsenal”ın futbolçusu, bunları deyib:

“Milli komandaya çağırılmaq həmişə xəyalım olub. 16 yaşımdan bütün aşağı yaş qruplarında oynamışam. Əsas komandaya gəlmək üçün çox çalışdım. Bunun bir qədər tez baş verməsi müəyyən təəccüb oyada bilər, amma bilirdim ki, Avropanın ən böyük klublarından olan “Arsenal”da oynamaq mənə bu şansı yaradacaq. Güclü xarakterim var və özümə inanıram. Hiss edirəm ki, son bir ildə oyunumu xeyli inkişaf elətdirmişəm. Düşünürəm ki, yeni bir səviyyəyə yüksəlmişəm”.