İtaliya millisinin üzvü qəza keçirdi

İtaliya millisinin və “Fiorentina”nın üzvü Federiko Kyeza qəza keçirib.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu maşını ilə motosikleti vurub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hadisədən sonra Kyezanın sağlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Kyeza bu mövsüm “Fiorentina”da 31 oyunda iştirak edərək, 12 qol vurub. O, 11 dəfə də İtaliya millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button