Ziyexə İtaliya nəhəngindən maraq

İtaliya çempionu “Milan” “Çelsi”nin yarımmüdafiəçisi Hakim Ziyexlə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.

Xəbərdə bildirilir ki, Milan klubu çoxdan mərakeşli futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Lakin onun illik 5 milyon avro maaşı transferin baş tutmasında əsas əngəldir.

29 yaşlı Ziyex 2020-ci ilin yayında “Ayaks”dan “Çelsi”yə keçsə də, əsas heyətə düşə bilməyib. Bu mövsüm yarımmüdafiəçi İngiltərə çempionatının və Çempionlar Liqasının oyunlarında cəmi 116 dəqiqə meydanda olub.

Onun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button