“Zirə”dən rekord göstərici

“Zirə” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sabah”ı 2:0 hesabı ilə məğlub edərək, ardıcıl 5-ci ev oyununda qələbə qazanıb.

Komanda.az klubun rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, “qartallar” üçü çempionat, ikisi Azərbaycan kubokunda olmaqla öz meydanındakı son beş görüşdə qalib gəlib. Bu qələbələrdən biri əlavə vaxtda əldə olunub.

Evdəki son itki 2019-cu il noyabrın 3-də qeydə alınıb. Həmin gün komanda “Sumqayıt”la çempionat matçında heç-heçə edib – 2:2. Ardınca Premyer Liqada “Keşlə” (3:1) və “Səbail” (4:1), kubokda “Qaradağ-Lökbatan” (4:0) və “Səbail” (1:0, əlavə vaxtda) üzərində qələbələr qazanılıb.

“Sabah”la görüşdə isə bütün turnirləri əhatə edən seriya 5-ə çatıb.
Bu, “Zirə”nin tarixində yeni rekorddur. “Qartallar” indiyədək heç vaxt ardıcıl 5 ev qarşılaşmasında qələbə qazanmamışdı. Bunadək ən yaxşı nəticə 2015-2016-cı illərə təsadüf edirdi. Həmin vaxt komanda ardıcıl 4 görüşdə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button