“Buna görə Avropa Liqasına gedə bilmədik” – “Zirə”nin legioneri

“Zirə”nin futbolçusu George Anton Moldova mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Publika” nəşrinə danışan 27 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə Azərbaycanda yaranmış vəziyyət haqda açıqlama verib:

“Daha aktiv həyat tərzinə öyrəşmişdik, hər gün məşq edirdik. İndi isə bütün gün evdə qalmaq məcburiyyətindəsiz. Bununla yanaşı, həyat yoldaşım və qızımla bərabər olmaq yaxşı fürsətdir. Boş vaxtlarımda nələrsə oxuyuram.

Çölə çıxmaq üçün iki saatlıq icazəmiz var. Bu vaxtda dostlarla birlikdə çıxırıq, tennis, futtennis oynayırıq. Hər zaman hərəkətdə qalmağa çalışırıq.

“Zirə”də vəziyyət yaxşıdır. Avropa Liqasına yollanan 4-cü yerlə eyni xalımız vardı, ancaq top fərqində onlardan geridəydik. Buna görə Avropa Liqasına gedə bilmədik”.