“Zirə” Türkiyə klubuna qalib gəldi

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb – 2:1. “Qartallar”ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibye vurublar.

“Zirə” daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button