“Zirə” bu gün Türkiyə komandası ilə üz-üzə gələcək

“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Türkiyə təmsilçisi “Çorum”la üz-üzə gələcək.

Oyun Fanatik Tur Meydançalarında, saat 17:00-da start götürəcək.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.

“Zirə” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la üz-üzə gələcək. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button