Zidanla 4 illik müqavilə imzalanacaq

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan yaxın vaxtlarda Fransa millisinin “sükanı arxasına” keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası ilə müddəti DÇ-2030-un sonunadək nəzərdə tutulan 4 illik müqavilə imzalayacaq.

Zidanın Didye Deşamı əvəzləyəcəyi planı uzun müddətdir hazırlanır və bu qərar Fransa millisinin DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırması ilə bağlı deyil.

Fransalı mütəxəssis 2021-ci ildə “Real”dan ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.

Fransa millisi dünya çempionatında üçüncü yer uğrunda İngiltərə – Argentina cütünün məğlubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button