Zidan millinin “sükanı arxasına” keçəcək – DÇ-2022-dən sonra

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatından sonra Fransa millisini çalışdıracaq.

Komanda.az xəbər verir ki, bu barədə “Libertad Digital” məlumat yayıb. Fransalı mütəxəssis DÇ-2022-dəki nəticədən asılı olmayaraq, millinin hazırkı çalışdırıcısı Didye Deşamı əvəz edəcək. Deşamın milli komanda ilə müqaviləsi 2022-ci ilin dekabrında başa çatır.

Zidan daha əvvəl yenidən məşqçiliyə qayıtmağa yaxın olduğunu bildirmişdi.

O, 2016-2021-ci illərdə “Real”ı çalışdırıb. “Real” Zidanın rəhbərliyi altında iki dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button