Zəlzələyə görə “Qarabağ”ın formasını satışa çıxardı – FOTO

“Qarabağ”ın keçmiş məşqçisi Mehmet Ak Türkiyədə baş verən zəlzələ qurbanlarına yardım məqsədilə Ağdam klubundan xatirə saxladığı formaları satışa çıxarıb.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Hazırda Türkiyənin “Karacabey Belediyespor” komandasının baş məşqçisi olan 40 yaşlı mütəxəssis bunları qeyd edib:

“2007/08 və 2008/09 mövsümlərində Azərbaycan kubokunu qazandığımız “Qarabağ”ın imzalı formaları gəlirləri zəlzələ bölgəsinə göndərilmək üzrə 1000 dollara satışa çıxarıram”.

Xatırladaq ki, Mehmet Ak vaxtilə həm “Qarabağ”da, həm də “Neftçi”də köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button