“Yuventus”un yeni transfer hədəfi bəlli olub

“Yuventus” yay transfer pəncərəsində “Atalanta”nın yarımmüdafiəçisi Ten Kopmeynersi heyətinə qatmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” niderlandlı futbolçu üçün 60 milyon avro tələb edir.

“Yuventus”un idman direktoru Kristiano Gintoli hazırda qiyməti aşağı salmağın yollarını axtarır. “Qoca sinyora” yəqin ki, yarımmüdafiəçini daha ucuz qiymətə almaq üçün oyunçularından birini müqaviləyə daxil etməli olacaq. 

26 yaşlı futbolçu cari İtaliya çempionatında 12 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button