Kvalyarellanın het-triki “Sampdoriya”nı məğlubiyyətdən xilas etmədi

İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Atalanta” və “Breşiya” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər. “Cenoa” evdə “Torino”ya, “Fiorentina” isə “Leççe”yə uduzub.

Lider “Yuventus” bu turda “Sassuolo”nu sınağa çəkib. Turin təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. Bundan maksimum yararlanan “İnter” SPAL-la oyunda qələbə qazanaraq, zirvəyə yüksəlib. “Milan” da “Parma” ilə qarşılaşmadan qalib ayrılıb. “Napoli” isə “Bolonya” ilə ev oyununda hesabı açmasına baxmayaraq, meydanı məğlubiyyətlə tərk edib. “Latsio” evdə “Udineze”yə, “Roma” isə səfərdə “Verona”ya qalib gəlib.

Sonuncu oyun günündə “Kalyari” “Sampdoriya” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 14-cü tur

30 noyabr

Breşiya – Atalanta 0:3
Qol
: Paşaliç, 26; 61. İliçiç, 90+2.

Cenoa – Torino 0:1
Qol
: Bremer, 77.

Fiorentina – Leççe 0:1
Qol
: La Mantiya, 49.

1 dekabr

Yuventus – Sassuolo 2:2
Qol
: Bonuççi, 20. Ronaldo, 68-pen – Boqa, 23. Kaputo, 47.

İnter – SPAL 2:1
Qol
: L.Martines, 16; 41 – Valoti, 50.

Latsio – Udineze 3:0
Qol
: İmmobile, 9; 36-pen. L.Alberto, 45+1-pen.

Parma – Milan 0:1
Qol
: T.Hernandes, 88.

Napoli – Bolonya 1:2
Qol
: Lyorente, 41 – Olsen, 58. Sansone, 80.

Verona – Roma 1:3
Qol
: Faraoni, 21 – Kluyvert, 17. Perotti, 45. Mxitaryan, 90+2.

2 dekabr

Kalyari – Sampdoriya 4:3
Qol
: Naynqqolan, 69. J.Pedro, 75; 76. Çerri, 90+7 – Kvalyarella, 38-pen; 52; 70.

Bombardir: Çiro İmmobile (Latsio) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button