“Yuventus”un futbolçusu “Qalatasaray”ın təklifini rədd edib

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni “Qalatasaray”a keçməkdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı amerikalı futbolçu Turin klubunda qalmaq niyyətindədir. Komandanın baş məşqçisi Massimiliano Alleqri oyunçunu sağ cinah müdafiəçisinə çevirə bilər.

Makkenni 2022/23 mövsümünü icarə əsasında “Lids”də keçirib. O, İngiltərə klubunda 20 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button