“Yuventus”un futbolçusu Premyer Liqada?

İtaliyanın “Yuventus” klubu ilə yollarını ayırmağa hazırlaşan Sami Xedira karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Premyer Liqada mübarizə aparan “Vulverhempton”un maraq dairəsindədir. “Qoca sinyora”nın idman diretoru Fabio Paratisinin İngiltərədə “Vulverhempton” klubunun rəhbərliyi ilə görüşdüyü bildirilir.

Alman futbolçu ilə MLS klublarının da yaxından maraqlandığı deyilir.

“Ştutqart”ın yetirməsi olan futbolçu, 2015-ci ildə “Real”dan “Yuventus”a transfer olunmuşdu. Onun Turin təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button