
“İnter” yeni mövsümə favorit kimi başlayacaq”
İtaliya millisinin sabiq hücumçusu, hazırda “Paris”də çıxış edən Çiro İmmobile A Seriyasının yeni mövsümündə əsas favorit barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Əlbəttə ki, “İnter” favorit kimi başlayacaq. Digər komandalarda çoxlu dəyişikliklər və yeni baş məşqçilər var. Onlar dərhal işə alışa bilməyəcəklər. Bu, vaxt aparır”.
“İnter” son 6 mövsümdə 3 dəfə İtaliya çempionu olub. Bu müddətdə 2 titulu isə “Napoli” qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



