Qətərlilər üçün tibbi müayinədən keçir – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Mario Mancukiç karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu “Əl Duhail” klubuna keçəcək. Mancukiçin bu gün yeni komandası üçün tibbi müayinədən keçəcəyi və daha sonra rəsmi müqavilə imzalayacağı bildirilir.

2015-ci ildən “Yuventus”da forma geyinən Mancukiç bu mövsüm heç bir rəsmi oyunda iştirak etməyib. Hücumçunun Turin təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.