Ronaldo “Sportinq”ə qayıdacaq? – Menecerindən açıqlama

“Yuventus”un futbolçusu Kriştiano Ronaldonun meneceri Jorje Mendeş müştərisinin “Sportinq”ə qayıdacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, “Record” nəşrinə danışan Mendeş, 35 yaşlı hücumçunun Portuqaliyaya qayıtmaq haqda hələ düşünmədiyini deyib:

“Sportinq”in çempionluğu Ronaldonu sevindirir. O, yetirməsi olduğu klubu hələ də dəstəkləyir və çempion olmalarına münasibət bildirir. Ancaq Ronaldonun planlarında hələ Portuqaliyaya qayıtmaq yoxdur”.

Mövsümün sonunda “Yuventus”dan ayrılacağı gözlənilən Ronaldonun “Sportinq”ə qayıda biləcəyi iddia edilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button