Ronaldo “yox” dedi, gözlər Messidə

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından reklam təklifi alıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun təklifə cavabı “yox” olub. Ronaldo bu ölkəni turizm məkanı kimi reklam etmək istəməyib.

35 yaşlı futbolçuya reklam kampaniyasına qatılması üçün 6 milyon avro təklif edilsə də, Ronaldonun cavabı mənfi olub.

Səudiyyə Ərəbistanı təmsilçiləri belə bir təklifi “Barselona”nın futbolçusu Lionel Messiyə də edib. Messinin cavabı isə hələ məlum deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button