“Yuventus”un Frenki de Yonq tələbi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq İtaliyada çıxış edə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Yuventus” 23 yaşlı futbolçunu heyətində görmək istəyir. “Barselona” Miralem Pyaniçin transferi ilə bağlı Turin klubu ilə danışıqları davam etdirir. “Yuventus” Pyaniçə qarşılıq olaraq katalonlardan Arturu istəmişdi. Lakin Arturun komandadan ayrılmaq istəməməsindən sonra “qoca sinyora” “Barselona”nın digər futbolçusu Frenki de Yonqu transfer danışıqlarına daxil edib.

“Barselona”nın Frenki de Yonqu satmaq təklifindən imtina edəcəyi gözlənilir.

Keçən ilin yayında “Barselona”ya keçən niderlandlı futbolçunun müqaviləsi 2024-cü ilin iyununda başa çatır.