Pirlonun “Latsio” ilə oyunda nə xoşuna gəlib?

“Yuventus”un baş məşqçisi Andrea Pirlo A Seriyasının 26-cı turunda “Latsio”nu məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, Pirlo, 3:1 hesabıyla qələbə qazandıqları oyunu şərh edib:

“Oyuna 20 dəqiqə gec qoşulduq. Bu, bəzi futbolçuların yeni mövqelərdə oynaması, bəzilərinin isə zədələrdən qayıtması ilə bağlı idi. Ən çox xoşuma gələn şey, əsas oyunçumuzun meydanda olmamasına baxmayaraq, buraxılan qola yaxşı reaksiya verməyimiz idi. Vacib olan üç xal idi, onu da qazandıq”.

“Yuventus”un “Latsio”nu məğlub etdiyi oyunda Kriştiano Ronaldo 69-cu dəqiqədə meydana daxil olub.