“Yuventus” və mənim üçün maraqlı bir şey ola bilər” – Artur Melo

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo “Liverpul”da çıxış etdiyi dövr haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu İngiltərə klubunda şanssız olduğunu bildirib:

“Düşünürəm ki, orada bir az şanssız idim. Ancaq bu keçmişdə qaldı və özümü o vaxtdan daha yaxşı hiss edirəm. Yenidən oynamaq və yaxşı nəticələr göstərmək istəyirəm. Çətin vaxtlar idi, amma baş məşqçi Yurgen Kloppdan və bütün məşqçilər korpusundan, komanda yoldaşlarımdan dəstək almaq mənim üçün çox vacib idi. Çətin vaxtımda mənə çox kömək etdilər.

Turinə qayıdacam, amma transfer pəncərəsi çox uzundur və nə olacağını bilmirik. “Yuventus” və mənim üçün maraqlı bir şey ola bilər. Klubla müqaviləm var və ona hörmət edirəm. Amma necə olacağını görəcəyik”.

26 yaşlı braziliyalı 2022/23 mövsümünü icarə əsasında İngiltərə klubunda keçirib. O, səhhətində yaranan problemlərə görə “Liverpul”da cəmi bir matça (Çempionlar Liqası) çıxıb, 13 dəqiqə meydanda olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button