PSJ onu 20-25 milyon avroya satmaq istəyir

PSJ yarımmüdafiəçi Leandro Paredeslə 20-25 milyon avro müqabilində ayrılmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” futbolçu üçün 15 milyon avro ödəmək istəyir.

28 yaşlı Paredes “Kyevo”, “Empoli” və “Roma”da çıxış edib, 2017-ci ilin yayında “Zenit”ə keçib. Futbolçu 2019-cu ilin yanvarında 40 milyon avroya PSJ-yə üz tutub. Tərəflər arasında müqavilə 2024-cü ildə başa çatır.

Paredes Argentina millisinin də üzvüdür.