“Yuventus” “Lion”dan futbolçu aldı – Rəsmi

İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Lion”dan Hamza Rafianı transfer edib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Yuventus” Rafia üçün “Lion”a 400 min avro təzminat ödəyib. “Qoca sinyora” tunisli futbolçunun növbəti satışından gələn gəlirin 20 faizini “Lion”a verəcək.

Yarımmüdafiəçi növbəti mövsümdə “Yuventus”un gənclərdən ibarət komandasına çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button