“Yuventus”un futbolçusu A Seriyasının startını buraxacaq

“Yuventus” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Adrien Rabiot sıradan çıxıb. Bu barədə “qoca sinyora”nın mətbuat xidməti məlumat yayıb.

Komandanın məşqində zədələnən Rabiotun bərpa müddəti üç həftə çəkəcək. Fransalı futbolçu A Seriyasının startını buraxacaq.

A Seriyasında yeni mövsümə avqustun 22-də start veriləcək. “Yuventus” ilk turda “Udineze”ni qəbul edəcək.