“Yuventus”da itkilər – “Latsio” ilə oyundan əvvəl

“Yuventus” İtaliya superkubokunda “Latsio” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmada Voyçex Şçesnı və Aleks Sandronun köməyindən istifadə edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Qapıçı Şçesnı son məşqdə komandadan ayrı çalışıb. Sandro isə “Yuventus”un A Seriyasının 17-ci turunda “Sampdoriya” ilə matçında (2:1) zədələnib.

Dekabrın 22-də keçiriləcək “Yuventus” – “Latsio” matçı saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button