
“Yuventus” argentinalı hücumçunu icarəyə götürür
“Parma”nın hücumçusu Mateo Pelleqrino “Yuventus”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi argentinalı futbolçunun icarəsi üçün “Parma” ilə razılaşmaq üzrədir. Gözlənilir ki, icarə haqqı 5 milyon avro olacaq. Müqavilədə, həmçinin, 20 milyon avro məbləğində satınalma hüququ və əlavə 5 milyon avro bonus maddəsi də yer alacaq.
24 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxaraq, 12 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Pelleqrinonun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



