
“Yuventus” argentinalı futbolçu ilə maraqlanır
“Vest Hem”in yarımmüdafiəçisi Quido Rodriges karyerasını “Yuventus”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Turin klubuna keçidə müsbət yanaşır.
“Vest Hem” rəhbərliyi də Rodrigesi yanvar transfer pəncərəsində buraxmağa hazırdır. Beləliklə, mümkün keçidlə bağlı yekun qərar tam şəkildə “Yuventus”un ixtiyarındadır.
31 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlər daxil olmaqla 6 oyunda meydana çıxıb. Onun “Vest Hem”lə müqaviləsinin müddəti qarşıdakı yay başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



