Azərbaycanlı dünya və Avropa mükafatçısı karyerasını bitirdi

Yunan-Roma güləşi üzrə ikiqat dünya və Avropa mükafatçısı Elvin Mürsəliyev karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə idmançının özü açıqlama verib. Mürsəliyev zədə səbəbindən karyerasını bitirdiyini deyib.

Mürsəliyev, yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, Bakıda keçirilmiş 1-ci Avropa Oyunları və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Ötən ilin sonlarında sərbəst güləş üzrə Avropa çempionu Cəbrayıl Həsənov karyerasını bitirib. O, yanvarda gənclərdən ibarət millimizə böyük məşqçi təyin olunub.

Həmçinin, yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu Həsən Əliyev karyerasını erkən bitirərək, böyüklərdən ibarət millidə məşqçi kimə işə başlayıb. (oxu.az)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button