Yüksək Liqada iştirak edəcək komandaların adları açıqlandı

2023/2024 mövsümündə futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları açıqlanıb.

Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə yarışda 6 kollektiv mübarizə aparacaq.

“Araz-Naxçıvan”, “Neftçi”, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” çempionluq uğrunda yarışacaqlar. Dairəvi sistemlə keçiriləcək turnir 4 dövrədən ibarət olacaq.

Mövsümə sentyabrın 26-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button