Yüksək Liqa: Mövsümün ilk oyunu FİFA referilərinə tapşırıldı

Futzal üzrə Yüksək Liqada 2023/2024 mövsümünün ilk oyunu FİFA referilərinə tapşırılıb.

Komanda.az xəbər verir ki, sentyabrın 26-da keçiriləcək “Neftçi” İK – “Baku Fire” görüşünü beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

Həmin gün Bakı İdman Sarayında reallaşacaq digər qarşılaşmaların da təyinatları açıqlanıb.

Yüksək Liqa, 1-ci tur

26 sentyabr

14:00. Neftçi” İK – Baku Fire
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.

16:00. Record club – U-19
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Məmmədəli Kərimov.
Hakim-inspektor: Ramiz Əsədov.

18:00. Araz-Naxçıvan – Yasamal Bakı
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Mehman Mahmudov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button