
Yerlibazlıq, qohumbazlıq, nə bilim, nə bazlıq – Amma legionerlərə “yox”!
Rəşad Ergün
Nədir legioner futbolçulara nifrətin səbəbi? Nə vaxtsa özəyini yerli futbolçuların təşkil etdiyi Azərbaycanın hansısa klubu avrokuboklarda mərhələlər keçib, qruplara düşüb, indi də tarixin olmayan o hissəsi silinib atılır, azərbaycanlı futbolçular qiymətləndirilmir? Ortada “Qarabağ” nümunəsi var. Komanda yerli futbolçuların ümidinə qalsaydı, indi hələ də avrokuboklarda qrup mərhələlərinə gedən yollarda var-gəl edirdi. Ki, bu, vaxtı ilə olub, yaşamışıq görmüşük.
Azərbaycanlı futbolçular öz üzərlərində işləməyəcəksə, inkişaf etməyəcəksə, hansı haqla start heyətində olmalıdır? Azərbaycanlı olduğu üçün? Sizə futbolçu lazımdır, yoxsa, yerlibazlıq, qohumbazlıq, nə bilim, nə bazlıq hisslərinizin üzərinə su səpilməsi?
AFFA Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı maliyyə vəsaitinin məbləğini artırıb. 2024/2025 mövsümündə bu məbləğ 6 milyon 622 min 262 manat olub. 2023/2024 mövsümündə isə bu rəqəm 5 milyon 811 min 726 manat idi. Yerli futbolçuların yetişməməsinə, “yarımfabrikat” olmasna canınız belə yanırsa, gedin yapışın klubların yaxasından, soruşun ki, o qədər pul ayrılıb, yetişdirdiyin futbolçunu göstər. Elə indi, gedin, soruşun.
Bizi Facebook-da izləyin



