Mourinyo “Roma”da illik nə qədər maaş alacaq?

Gələn mövsümdən İtaliyanın “Roma” komandasını çalışdıracağı açıqlanan Joze Mourinyonun yeni klubundakı məvacibi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” nəşri məlumat yayıb. Portuqaliyalı mütəxəssisin “Roma”da illik maaşı 7 milyon avro olacaq. Mourinyo, bundan əlavə bonuslar da qazanacaq.

“Roma”nı hazırda Paulo Fonseka çalışdırır. Lakin paytaxt klubu dünən yaydığı açıqlamada, portuqaliyalı mütəxəssislə mövsümün sonunda yolların ayrılacağını bəyan edib. “Canavarlar”da Fonsekanı Mourinyo əvəzləyəcək.

Son iş yeri İngiltərə “Tottenhem”i olan Joze Mourinyo aprelin 19-da istefaya göndərilib. O, London klubundan müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün təzminat alacaq.