“Biz də insanıq, belə hallar olur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun yarımfinal çərçivəsində “Arsenal”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, məğlubiyyəti belə şərh edib:

“Bu turnirdə ehtiyacımız olan standartları və bu standartların nə qədər yüksək  olduğunu bilirik. Bu barədə futbolçulara deməyə ehtiyac yoxdur. İlk hissədə yaxşı deyildik, öz səviyyəmizdə oynamaq üçün mübarizə apardıq. Yaxşı oyun göstərə bilmədik, qarşılaşmaya kifayət qədər hazır deyildik. Rəqib daha yaxşı çıxış etdi. Biz də insanıq, belə hallar olur. Yeganə peşmanlığımız ilk hissəni ikinci yarıda oynadığımız kimi keçirməməyimizdir. “Real”la oyunda oyun standartlarımızı yüksəltməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button