
Sabiq futbolçu Yamal haqda: “Heç vaxt belə şey görməmişəm”
Ayağının çölü ilə verdiyi ötürmələrlə məşhur olan portuqaliyalı sabiq futbolçu Rikardo Kuarejma, bunu artıq daha yaxşı yaxşı edən “Barselona”nın hücumçusu Lamin Yamal haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mən bu zərbəni məşhurlaşdırdım, amma Yamal onu yeni səviyyəyə qaldırdı. Onun texnikası inanılmazdır, bunu heç kim edə bilməz. Mən heç vaxt belə bir şey görməmişəm”.
Kuarejma 2003/04 mövsümündə “Barselona”da oynayıb. Yamal isə Kataloniya klubunda debütünü 2023-cü ilin aprelində edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



