“Ximki”ni yenə Kamran Əliyev sevindirdi

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ının ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə “döyüşə atılıb”.

Komandasının yeganə qolunu da Əliyev vurub. Azərbaycanlı forvard 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

“Ximki” 11 turdan sonra 27 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button