Xedira “Yuventus”dan ayrıldı, Bundesliqaya qayıtdı

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliya çempionu “Yuventus”dan Sami Xediranı, Marsel “Olimpik”indən isə Nemanya Radonyiçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xedira birdəfəlik transfer edilsə də, Radonyiç mövsümün sonuna qədər icarəyə götürülüb. Amma sonuncunun da satınalma hüququ “Şalke”dədir. Serb futbolçu yeni komandasında “24”, alman yarımmüdafiəçi isə “28” nömrəli formanı geyinəcək.

“Ştutqart”ın yetirməsi olan, 2010-cu ilə qədər məhz bu klubun uğurları üçün çalışmış Xedira, 5 il Madrid “Real”ında oynadıqdan sonra 2015-c ildə “Yuventus”a transfer edilmişdi. 33 yaşlı futbolçu Almaniya yığmasında 77 oyuna 7 qolla yadda qalıb.

Radonyiç isə ölkəsində “Çukariçki” və “Srvena Zvezda” klublarının uğurları üçün çalışdıqdan sonra 2018-ci ildə “Olimpik”ə üz tutub. Serbiya yığmasında 20 oyuna 4 qol vurmuş futbolçu, Fransa təmsilçisində əsas heyət üzvünə çevrilməkdə çətinlik çəkirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button