Xavi

“Barselona”nın baş məşqçisi Xavi qış transfer pəncərəsi haqda fikirlərini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, heç bir futbolçunun komandadan ayrılmasını istəmir:

“Qış transfer pəncərəsi bizim üçün sakit keçəcək. Futbolçularımdan razıyam. Bu heyətlə mübarizə aparacağıq. Dörd turnirdə oynaya biləcək yaxşı komandamız var. Heç kimin getməsini istəmirəm. Məqsəd kuboklar qazanmaqdır”.

“Barselona” bu gün İspaniya La Liqasının 15-ci turu çərçivəsində “Espanyol”la qarşılaşacaq. Hazırda 37 xalı olan Kataloniya təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button