Xavinin çalışdırdığı ən yaxşı futbolçu

“Barselona”nın baş məşqçisi Xavi çalışdırdığı ən yaxşı futbolçunun adını açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, İspaniya yığmasının sabiq oyunçusu Santi Kasorlanın adını çəkib:

“O, çalışdırdığım ən yaxşı futbolçudur. Kasorlanı “Barselona”ya transfer etmək istərdim. Lionel Messi, Andres İnyesta, Serxio Buskets istisna olmaqla, futbolu ən çox sevdirən oyunçu Kasorladır. Futbolda heç kim onun kimi istedada sahib deyil”.

38 yaşlı yarımmüdafiəçi hazırda Səudiyyə Ərəbistanının “Əl Sədd” klubunda çıxış edir. Xavi 2019-2021-ci illərdə adıçəkilən komandanı çalışdırıb.

“Barselona” 2022/23 mövsümündə İspaniya La Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button