Xavi üçün şirin qələbə

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 33-cü turunun “Osasuna” ilə matçını (1:0) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, qazandıqları qələbənin şirin olduğunu deyib:

“Vacib qələbə qazandıq. Çox əziyyət çəkdik. Yararlana bilmədiyimiz qol epizodları oldu. Rəqib yaxşı müdafiə olunurdu. Jordi Alba matçın son dəqiqələrində qələbə qolumuzun müəllifi oldu.

Bu cür qələbələr xüsusilə şirin olur. Komandam özünü qola ac, həm də çox qürurlu göstərdi. Oyunun əvvəlindən qol vurmalıydıq.

Qazandığımız üç xal “Rayo Valyekano” ilə oyunda aldığımız məğlubiyyətdən sonra (1:2) son dərəcə önəmli idi. Addım-addım irəliləyirik. Bu addım daha nəhəng oldu”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlində 82 xalla birinci, “Osasuna” isə 44 xalla doqquzuncu pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button