Xavi Rokenin az oynamasının səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Xavi komandaya yeni gələn Vitor Roke haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis braziliyalı futbolçunun gələcəkdə komandaya çox şeylər verə biləcəyini söyləyib:

“Roke “Barselona”ya keçdikdən sonra yaxşılaşdı. O, gələcəkdə bizə çox şey verə biləcək oyunçudur. Yəqin ki, növbəti matçlarda meydanda yerini alacaq. O, hələ də bizim mövqe oyunumuzu başa düşməlidir”.

“Barselona” İspaniya çempionatının 31-ci turu çərçivəsində səfərdə “Kadis”lə qarşılaşacaq. Qarşılaşma avqustun 13-də keçiriləcək.

Roke bu mövsüm “Barselona”nın heyətində 12 oyun keçirib və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button