Xavi özündən çıxdı, ayaqyalın qaldı FOTO

Xavinin baş məşqçisi olduğu “Əl Sədd” klubu Asiya Çempionlar Liqasında “Əl Duhail”lə qarşılaşıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən matçın son anlarında maraqlı dəqiqələr yaşanıb. Belə ki, Xavi, oyunun sonlarında “Əl Duhail”in müdafiəçisinin cərimə meydançasında “Əl Sədd”in oyunçusuna qarşı sərt müdaxiləsindən sonra penalti tələb edib. Ancaq hakim bununla razılaşmayıb və oyunu davam etdirib.

Hakimə qəzəblənən Xavi, yaxındakı su şüşəsini təpiklə vuran zaman, ayaqqabısının bir tayı ayağından çıxaraq, kənara düşüb. Bir müddət meydanda bir ayağı yalın qalan Xavinin görüntüləri isə maraqla qarşılanıb.