Xavi: “Çox çətindir”

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın 24-cü turunda “Espanyol”la keçirilən oyundan (2:2) sonra açıqlama verib.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, Xavi, xal itkisinin komandasını çətinə saldığını bildirib:

“Çempionluq uğrunda mübarizə aparmaq çox çətindir. Bir addım geri atdıq. Amma mübarizəmizi davam etdirməkdən başqa yolumuz yoxdur”.

“Barselona” 23 turdan sonra 39 xalla 4-cü yerdədir. Komandanın ehtiyatda bir oyunu da var. “Barselona” lider “Real”dan 15 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button