Xavi “Barselona”ya can atır

“Leyptsiq”də icarə əsasında çıxış edən PSJ-nin vingeri Xavi Simons “Barselona”ya keçmək istəyir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, futbolçunun müqaviləsində PSJ onu növbəti mövsümdə saxlamamaq qərarına gələrsə, onun seçim hüququna malik olacağı bənd var. Xavinin nümayəndələri yaxın vaxtlarda “Barselona” ilə əlaqə saxlamaq niyyətindədir.

Simons bu mövsüm “Leyptsiq”də 42 oyun keçirib, 9 qol vurub və 15 məhsuldar ötürmə edib.

21 yaşlı niderlandlı futbolçunun PSJ ilə müqaviləsi 2027-ci ilin yayına kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button