“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxlanıldı

Moldovada 11 nəfər oyun alqı-satqısında ittiham olunur.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı Moldova Milli Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi yayıb.

Onlar altı ay ərzində oyun alqı-satqısından 600 min avro almaqda şübhəli bilinir. Söhbət ölkədəki futbol klublarının direktorlarından, özəl idman məktəblərinin direktorlarından həmçinin Milli Divizionun 10 komandasından beşini təmsil edən oyunçulardan gedir.

Saxlanılar şəxslərin bəzilərinin adları bəlli olub. Onların arasında “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Denis Kalinkov da var. Hazırda “Kodr” komandasının baş məşqçisi olan 35 yaşlı mütəxəssis 2009-2010-cu illərdə Azərbaycanda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button