“O vaxt çoxlu pul var idi” – “Xəzər Lənkəran”ın sabiq futbolçusu

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Alvaro Silva İspaniya mətbuatına açıqlama verib.

Komanda.az “lavozdigital.es” saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi karyerası ərzində formasını geyindiyi klublar haqda danışıb. Silva, Azərbaycandakı çıxışıyla bağlı bunları deyib:

“Qarışıq bir yer idi. Mən şəhərdə idim. O vaxt çoxlu pul var idi. Con Toşak məşqçi idi və ona görə oynamağa dəyərdi. Ancaq orada yaşamaq çətin idi. Ailəmlə 1,5 il oteldə qaldım. Hələ infrastrukturu olmayan bir şəhərdə idim”.

Hazırda Taylandın “Pantum Yunayted” klubunda çıxış edən Alvaro, 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button