“Vüqar Həşimov Memorialı-2022″də növbəti görüşlər keçiriləcək

“Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində bu gün növbəti görüşlər keçiriləcək.

Komanda.az xəbər verir ki, ikinci oyun günündə rapid növü üzrə 4-cü, 5-ci və 6-cı turun qarşılaşmaları olacaq.

Vüqar Həşimov Memorialı-2022, 4-cü tur

Rauf Məmmədov – Valeho Pons (İspaniya)

Aydın Süleymanlı – Qukeş Dommaracu (Hindistan)

Şəhriyar Məmmədyarov – Riçard Rapport (Rumıniya)

Abdulla Qədimbəyli – Nodirbek Abdusattorov (Özbəkistan)

Van Hao (Çin) – Semuel Şenklend (ABŞ)

5-ci tur

Semuel Şenklend (ABŞ) – Rauf Məmmədov

Nodirbek Abdusattorov (Özbəkistan) – Van Hao (Çin)

Riçard Rapport (Rumıniya) – Abdulla Qədimbəyli

Qukeş Dommaracu (Hindistan) – Şəhriyar Məmmədyarov

Valeho Pons (İspaniya) – Aydın Süleymanlı

6-cı tur

Rauf Məmmədov – Aydın Süleymanlı

Şəhriyar Məmmədyarov – Valeho Pons (İspaniya)

Abdulla Qədimbəyli – Qukeş Dommaracu (Hindistan)

Van Hao (Çin) – Riçard Rapport (Rumıniya)

Semuel Şenklend (ABŞ) – Nodirbek Abdusattorov (Özbəkistan)

Yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 6 xalla liderdir. Rauf Məmmədov 5 xalla ikinci sıradadır. ABŞ-dan olan Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao 4 xalla növbəti pillələrdə qərarlaşıblar. Rumıniyanı təmsil edən Riçard Rapport, Şəhriyar Məmmədyarov və hindistanlı Qukeş Dommaracunun 2 xalı var. Abdulla Qədimbəyli 1 xalla 9-cu, xalı olmayan Aydın Süleymanlı isə sonuncu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button